Aprelin 5-dən Qırğızıstan ərazisində Rusiyanın “Mir” ödəniş sisteminə aid kartlar deaktiv ediləcək.
APA-nın məlumatına görə, bu barədə qərarı “Banklararası Ödəniş Mərkəzi” QSC gələcək sanksiyaların qarşısını almaq məqsədilə verib. Nəticədə göstərilən tarixdən etibarən kartlara texniki xidmət, pul köçürülməsi və bütün növ elektron ödənişlər qadağan olunacaq.
O da bildirilib ki, Rusiyanın “Milli Ödəniş Kartları Sistemi” Səhmdar Cəmiyyəti dəyişikliklə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, Ermənistan hökuməti sözügedən hüquqi addımı martın 30-dan etibarən tətbiq etməyə başlayıb.