Rusiyada “YouTube”a giriş məhdudlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə “Downdetector” servisinin saytında bildirilib.

Qeyd edilib ki, Rusiyadakı istifadəçilər bu gün səhər saatlarından etibarən “YouTube”a daxil olmaqda problem yaşadıqlarını bildirməyə başlayıblar.

Bəzi istifadəçilər mobil telefonlarından “YouTube”a girişin yavaşladığını bildirsələr də, saytdakı videoların kompüter kimi digər cihazlardan artıq yüklənmədiyini bildirirlər.

Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında deyib: “Heç nə deyə bilmərəm. Telefonumda tətbiq normal işləyir, hər şey yüklənib”.