10 ildən sonra Rusiyada istehsal edilən neftin keyfiyyəti o qədər pisləşəcək ki, onun demək olar, bütün həcmi çətin çıxarıla bilən kateqoriyaya keçə bilər (yəni onun hasilat dəyəri ənənəvi ehtiyatlardan xeyli yüksək olacaq – red.).

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika nazirinin müavini Pavel Sorokin deyib.

“Bizdə 10 ilin üfüqündə həcmin demək olar ki, 100%-i çətin çıxarıla bilən olacaq”, – P. Sorokin qeyd edib.

O həmçinin xatırladıb ki, ehtiyatların keyfiyyətinin pisləşməsi Rusiyada neft hasilatının, eləcə də geoloji kəşfiyyatın stimullaşdırılması zərurətinin olması deməkdir.

Nazir müavini əlavə edib ki, yaxın 25-30 ildə karbohidrogenlər hələ də dünya enerji balansının əsası olaraq qalacaq, lakin onların qiyməti aşağı düşə bilər.