Rusiya ilə Ukrayna arasında müharibə qonşu ölkədən Azərbaycana ayaqqabı istehsalı üçün xammal tədarükünə problem yaratmayıb.

Bu barədə “Report”a açıqlamasında “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Bakı Ayaqqabı Fabriki” ASC-nin direktor müavini Akif Novruzəliyev bildirib.

“Müharibə getsə də, Rusiyadan problemsiz xamma ala bilirik. Eyni zamanda Türkiyədən də xammal idxal edirik. Ayaqqabı istehsalı üçün əsas xammal dəridir. Onu daxili bazardan alırıq. Qalan şeylər – ayaqqabı bağı, iş kartonu, yağışqan kimi məhsulları isə digər ölkələrdən gətiririk”, – deyə o, qeyd edib.