Rusiya Federasiyası Mərkəzi Bankı satınalma platformasında işçilərinə Çin dilinin öyrədilməsi üçün tender elan edib.

Marja xəbər verir ki, tender peşəkar ünsiyyət sahəsində Çin dilinin öyrədilməsi xidmətlərinin satın alınmasını nəzərdə tutur.

İki illik təhsil Rusiya Mərkəzi Bankının əməkdaşları üçün nəzərdə tutulur.

Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Moskvada dövlət səfərində olub. Bu, onun üçüncü dəfə dövlət başçısı vəzifəsinə seçildikdən sonra ilk xaricə səfəri idi.

Bazar ertəsi Çin Xalq Respublikasının sədrinin Rusiya Federasiyasının prezidenti ilə qeyri-rəsmi görüşü olub. Çərşənbə axşamı nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Çin danışıqları keçirilib. Səfər zamanı 2030-cu ilə qədər Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas istiqamətlərinin inkişaf etdirilməsi planına dair birgə bəyanat imzalanıb.