Bu ilin yanvar-iyun aylarında Rusiya federal büdcəsinin neft və qaz gəlirləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 68,5% artaraq 5,7 trilyon rubla (64,6 mlrd. ABŞ dollarından artıq) çatıb.

Bu barədə “APA-Economics” Rusiya Federasiyasının Maliyyə Nazirliyinə istinadən xəbər verir.

“Neft və qaz gəlirləri 5,698 milyard rubl təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricilərini (+68,5%) üstələdi, bu da əsasən Rusiya neftinin qiymətinin artması ilə bağlıdır”, – məlumatda qeyd olunub.