Reuters Çin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, Rusiya Çinə ən böyük neft ixracatçıları siyahısında ikinci yeri tutaraq respublikaya 86,25 milyon ton “qara qızıl” və ya sutkada 1,72 milyon barel tədarük edib.

Qeyd olunur ki, Çin 2021-ci illə müqayisədə Rusiya resursunu səkkiz faiz çox idxal edib.

Çinə ən böyük xammal ixracatçısı olan Səudiyyə Ərəbistanı 87,49 milyon ton neft tədarük edib.

Həmçinin qeyd edilir ki, Malayziyanın ixracı 2021-ci ilə nisbətən iki dəfə artaraq 35,68 milyon tona çatıb, ABŞ isə 31 faiz az, 7,89 milyon ton neft ixrac edib.

Reuters-in məlumatına görə, İran neftinin idxalı 780 min tondan bir qədər çox olub.