Azərbaycanda, xüsusilə regionlarda valyuta mübadilə məntəqələrinin fəaliyətinin genişləndirilməsinə böyük ehtiyac var

“Report” xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, bu günə qədər valyuta dəyişməsinin qara bazarı var: “Şənbə və bazar günləri banklar işləməyəndə turistlər pulu harda dəyişsin? Xüsusilə regionlarda “exchange”lərin fəaliyyətinin bərpa edilməsinə böyük ehtiyac var”.