Fransanın avtomobil istehsalçısı Renault SA, bəzi müəssisələrindən 2 min nəfəri işdən çıxarmağı, data elmi və batareya kimyası sahələrində isə 2 min 500 nəfəri  işə götürməyi planlaşdırır.

Marja xəbər verir ki, Renault da elektromobillərə keçid üçün səy göstərir. Şirkət Fransada doqquz yeni model çıxarmağa hazırlaşır.

Fransa dövləti Renault-un ən böyük səhmdarıdır.

Şirkət keçən il də 4 min 600-ü Fransada olmaqla (ölkə daxilindəki işçi qüvvəsinin təxminən 10%-nə bərabər gəlir) qlobal olaraq 14 min 600 nəfəri işdən çıxaracağını və istehsal gücünü təxminən 20% azaldacağını açıqlamışdı.