2022-ci ildə Radisson-un ABŞ-dakı hissəsini satın alan Choice Hotels-in indi də Wyndham Hotels & Resorts-u almağı planlaşdırdığı bildirilir.

Marja xəbər verir ki, mövzuya yaxın mənbələrdən verilən məlumata görə, ABŞ-da yerləşən çoxmillətli şirkət Choice Hotels International-ın Wyndham Hotels & Resorts-u almaq istəyir.

Adının çəkilməsini istəməyən mənbələr, Choice Hotels-in birbaşa Wyndham-ın səhmdarlarına təklif verə biləcəyini bildiriblər.

Bildirilib ki, Quality Inn, Econo Lodge, Clarion, Ascend və Comfort markalarının yer aldığı Choice Hotels, Wyndham-ın alınması ilə orta-yuxarı və lüks seqmentlərdəki böyümək hədəfini sürətləndirmək istəyir.

Choice Hotels 2022-ci ilin iyun ayında Radisson Hotel Group Americas şirkətinin françayzinq biznesini, əməliyyatlarını və əqli mülkiyyətini təxminən 675 milyon dollara almaq üçün müqavilə imzalayıb.

Choice Hotels-in baş direktoru Pat Pasis bu ilin əvvəlində The Wall Street Journal-a verdiyi müsahibəsində, pandemiyadan sonra səyahət və qonaqlama tələbinin güclü olduğunu söyləyib və əlavə edib: “Xüsusilə orta səviyyəli müştərilər büdcələrinə uyğun yerlərə yenidən üstünlük verirlər”.

Wyndham Hotels & Resorts 100-dən çox oteli ilə Türkiyənin müxtəlif şəhərlərində də fəaliyyət göstərir.