Qlobal bank və maliyyə xidmətləri şirkəti “Goldman Sachs Group Inc.” tələbin artıması və OPEC+ın hasilat məhdudiyyətləri ilə əlaqədar olaraq Brent neftinin qiyməti üzrə proqnozunu yüksəldib.

Marja.az xəbər verir ki, Bank Brent üçün 12 aylıq proqnozunu 93 dollardan 100 dollara yüksəldib.

Goldman Sachs neft ilə bağlı təhlilində bildirib ki, son “rallinin” əhəmiyyətli bir hissəsi geridə qalıb.

OPEC+ qrupunun əsas üzvləri Səudiyyə Ərəbistanı və Rusiyanın asilatlarını əhəmiyyətli dərəcədə azaltmaları sayəsində neft son aylarda güclü şəkildə bahalaşaraq 10 ayın ən yüksək səviyyəsinə çatıb.

İki ən böyük iqtisadiyyatda, ABŞ və Çində tələbin artması qiymətləri dəstəkləyir və ehtiyatlar sürətlə azalır.

Bankın analitikləri 20 sentyabr tarixli hesabatda yazıblar: “Biz inanırıq ki, OPEC güclü qlobal tələb artımından istifadə edərək 2024-cü ildə Brent neftini 80-105 dollar arasında saxlaya biləcək”.