“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) qızılın qiyməti tarixi maksimumu yeniləyib.

“Report” hərrac platformasının verilənlərinə istinadən xəbər verir ki, qiymətli metalın dəyəri troya unsiyası üçün 2 500 min dollar səviyyəsini keçib.

Bakı vaxtı ilə saat 05:28-ə olan məlumata görə, qızılın qiyməti troya unsiyası üçün 2 501 dollar (+1,65%) təşkil edib. Saat 05:31-ə olan vəziyyətə görə, göstərici bir unsiya üçün 2 502 dollara qədər artıb (+1,56 %).

Buna baxmayaraq, artıq saat 06:34-də qiymətli metalın dəyəri 2 494 dollar (+0,86%) səviyyəsində olub.