2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan qızıl fyuçersinin dəyəri tarixi maksimumu yeniləyərək troya unsiyası üçün 3 350 dolları keçib.

“Report” xəbər verir ki, bu, COMEX-in verilənlərində öz əksini tapıb.

Bakı vaxtı ilə saat 01:53-ə olan məlumata görə, qiymətli metalın qiyməti 3,62 % artaraq troya unsiyası üçün 3 357,7 dollar təşkil edib.

Qeyd edək ki, COMEX Nyu-York Əmtəə Birjasının (NYMEX) bir bölməsidir, burada qızıl və gümüş kimi qiymətli metallar üzrə fyuçers və opsion hərracı aparılır.