Qızıl ABŞ-da başlayan bank böhranının ABŞ və Avropadakı digər banklara da sirayət edə biləcəyi narahatlıqları ilə bahalaşır. Eyni zamanda, açıqlanan xilasetmə paketləri bazarlarda bir qədər rahatlıq yaradıb.

Marja xəbər verir ki, qızıl təhlükəsiz “sığınacaq” tələbi ilə ardıcıl üçüncü həftəni qiymət artımı ilə bağlamağa hazırlaşır.  

Bakı vaxtı ilə saat 14:10-da qızılın unsiyası 0,7% bahalaşma ilə1932 dollardan ticarət olunub.  

SVB-nin iflası və regional banklar və Credit Suisse Group-un problemləri ilə bağlı narahatlıqlardan sonra qızıl bu həftə kəskin bahalaşıb.

Digər tərəfdən, ABŞ və Avropada açıqlanan xilasetmə paketlərindən sonra geniş bir böhran olacağına dair narahatlıqlar azalıb.

Cümə axşamı ABŞ istiqrazlarının gəlirliliyindəki artım qiymətli metalın bəzi cəlbediciliyini geri götürdü.

Bazar hazırda FED-in faizləri artıracağına 80 faiz ehtimalla qiymət verir. Əvvəllər FED-in daha çox 0,50 bənd faiz artıracağı gözlənilirdisə, hazırda gözlənti 0,25 bənddir.