2023-cü ilin sonunda Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşu 13,4 milyard manat, 2027-ci ildə isə 16,9 milyard manat proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilir ki, 2023-cü ildə əsas kapitala olan investisiyalarda 7,7%, ortamüddətli dövrdə isə orta illik 1,6% artım olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2022-ci ilin sonunda qeyri-neft-qaz sektoru üzrə investisiyalar 12871,9 milyon manat təşkil edib.