“Kaspersky” şirkətinin mütəxəssisləri mövsümi endirimlər və “qara cümə” günü ərəfəsində onlayn ödəniş sahəsində fişinq hücumlarının sayında artım qeydə alıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu cür təhdidlərin dünya üzrə ümumi sayı sentyabr ayından oktyabradək 208% və ya üç dəfədən çox artıb.

Ümumilikdə, 2021-ci ilin yanvar-oktyabr aylarında “Kaspersky” tərəfindən 40 milyondan çox fişinq hücumu qeydə alınıb ki, dələduzlar iri brendlərin adı altında gizlənərək əsasən onlayn mağazalar və maliyyə təşkilatlarını hədəf alıblar. Adətən, belə hücumlar zamanı təcavüzkarlar istifadəçinin pulunu və şəxsi məlumatlarını ələ keçirməyə cəhd edirlər.

Belə sxemlərdən birində dələduzlar məşhur supermarketi mimikriya edib və müştərilərə guya şirkətin xidmətini yaxşılaşdırmaq üçün keçirilən sorğuda iştirak etmək dəvəti göndəriblər. Sorğudan keçənlərə pul da daxil olmaqla, uduşlar vəd edilib. Maraqlıdır ki, skam-mesaj ehtiva edən belə bir səhifə brauzerin dil bölməsində əks olunub. Başqa sözlə, əgər istifadəçi, misal üçün, Azərbaycandadırsa, amma onun brauzerinin tənzimləmələri ingilis dilindədirsə, səhifə ingiliscə olacaq. Bu halda fırıldaqçılar həm də təklifin məhdud olduğunu də bildiriblər: pulu guya yalnız 100 nəfər əldə edə bilər, sorğuda iştirak üçün qərar verməyə ayrılan vaxt isə çox azdır (səhifədə geri sayım sayğacı görünür). Nəticədə, istifadəçi məlumatlarını və pulunu itirir, vəd olunan uduş isə yoxa çıxır.

Ən saxta fırıldaq üsuluna gəldikdə, bu, “ənənəvi” skam sxemi ola bilər – insana uduş qazandığı haqqında məlumat verilir, amma onu əldə etmək üçün kiçik məbləğdə komissiya istənilir, hansı ki, təcavüzkarın cibinə gedir. Ya da bu cür sxemlərdə insanlar sorğu keçirilən başqa səhifələrə yönləndirilirlər. Beləliklə, təcavüzkarlar, çox güman ki, onlar üçün kontaktlar toplayaraq trafika görə bonus əldə edirlər. Bəzi səhifələrdə insanlardan bildirişi aktivləşdirmək xahiş olunur, sonra isə reklam və skam göndərişlərinin ardı-arası kəsilmir.

“Təcavüzkarlar hər zaman öz sxemlərini cari gündəliyə uyğunlaşdırır, ona görə də endirim mövsümü və “qara cümə”nin başlanması da istisna deyil. Görürük ki, bu gün dələduzlar tez-tez elektron ödəniş və onlayn mağazalar qismində maskalanırlar. Təhlükəsizlikdən əmin olmaq üçün saytın doğrudan da göstərilən brendə aid olub-olmadığını yoxlayın: ünvanın adı rəsmi ünvanla üst-üstə düşür, URL isə HTTPS-lə başlayır”, – deyə “Kaspersky”nin baş məzmun analitiki Tatyana Şerbakova bildirib.

Dələduzların toruna düşməmək üçün şirkət digər onlayn təhlükəsizlik qaydalarına da əməl etmək lazım olduğunu bildirir.