ABŞ Müdafiə Nazirliyi HIMARS buraxılış raket sistemlərinin istehsalı üçün “Lockheed “ Martin Korporasiyası ilə müqavilə məbləğini 1,9 milyard dollara qədər artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
May ayında Pentaqon HIMARS MLRS-in istehsalı üçün “Lockheed” Martin ilə 861,3 milyon dollar məbləğində müqavilə bağladığını elan etmişdi.
İdarə sərəncamın 2028-ci il mayın 31-dək tamamlanmalı olduğunu bildirib.
Pentaqon müqavilə əsasında istehsal etməyi və istifadəyə verməyi planlaşdırdığı MLRS-lərin sayını açıqlamayıb.