Birinci rübdə paytaxtda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 810,3 milyon manat olmaqla əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə sabit qiymətlərlə 13,3 faiz azalıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, neft məhsullarından ağ neftin istehsalı 29,4 faiz, avtomobil benzininin istehsalı 28 faiz, azkükürdlü mazutunun istehsalı 67,8 faiz azalıb.

Sürtkü yağları 2,3 dəfə, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 64,9 faiz artıb.