Pakistan Mərkəzi Bankı hökumətə ölkə ərazisində kriptovalyutanın istifadəsinə və onunla bağlı bütün fəaliyyət növlərinə qadağa qoymağı tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə bankın bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, kriptovalyutaların istifadəsi ilə bağlı risklər onun üstünlüklərindən daha çoxdur və bu, ölkə xaricinə nəzarətsiz köçürmələrlə əlaqədar Pakistanın valyuta ehtiyatlarının bitməsinə gətirib çıxara bilər.

Pakistan Ali Məhkəməsi Maliyyə və Ədliyyə nazirliklərinə Mərkəzi Bankın tövsiyəsi ilə bağlı addımların atılmasını tapşırıb.

Qeyd edək ki, ötən həftə Pakistanın Federal Təhqiqatlar Agentliyi kriptovalyutanın istifadəsi ilə 100 milyon dollardan çox məbləğdə fırıldaqçı sövdələşmələri aşkar edib.