Qlobal iqtisadiyyat 2020-ci ildə 3,4% azaldıqdan sonra 2021-ci ildə 5,5% artıb ki, bu da 1976-cı ildən bəri qeydə alınan ən yüksək artım tempidir.

APA-Economics”in məlumatına görə, bu barədə BMT-nin “Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri” adlı hesabatında bildirilir.

Qeyd olunur ki, ötən il istehsalın bərpasına, əsasən 2020-ci ildə məhdudlaşdırıcı tədbirlər fonunda dayanan ev təsərrüfatlarının xərcləri və investisiyalarının bərpası sayəsində nail olunub.

Bildirilir ki, dünya iqtisadiyyatının 2022-ci ildə 4%, 2023-cü ildə isə 3,5% artacağı və 2010-2019-cu illər arasında qeydə alınan tendensiyaya yaxınlaşacağı proqnozlaşdırılır.

Hesabatda bildirilir ki, COVID-19-un yüksək ötürücülü “Omicron” variantı yeni yoluxma dalğalarını ortaya çıxarmaqla, pandemiyanın insan və iqtisadi zərərinin yenidən artıracaq.

“COVID-19-u dayandıra biləcək və peyvəndlərə universal çıxışı ehtiva edən əlaqələndirilmiş və davamlı qlobal yanaşma olmadan, pandemiya dünya iqtisadiyyatının inklüziv və davamlı bərpası üçün ən böyük riski yaratmağa davam edəcək”, – deyə hesabatda bildirilir.