2022-ci ildə Azərbaycana 1 milyard 57 milyon 792 min dollar dəyərində 74 min 577 ədəd avtomobil idxal edilib.

Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə 2022-ci ildə 16 min 617 ədəd daha az avtomobil idxal edilib.

2021-ci ildə Azərbaycana 935 milyon 225 min dollar dəyərində 91 min 194 ədəd avtomobil idxal edilmişdi.

Ötən il 844 milyon 720 min dollar dəyərində 68 min 684 ədəd minik avtomobilləri gətirilib 2021-ci ildə 780 milyon 522 min dollar dəyərində 85 min 191 ədəd minik avtomobili gətirilmişdi.