Rusiya Mərkəzi Bankı 2023-cü ilin oktyabrında 1000 və 5000 rubl nominalında modernləşdirilmiş əskinasları təqdim etməyi planlaşdırır.

Marja.az xəbər verirki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Sergey Belov bildirib .

“Biz onu oktyabrda təqdim etməyi planlaşdırırıq. Əskinaslar müasirdir – dünya trendləri ruhundadır”, – Belov bildirib.

Rusiya  Mərkəzi Bankının sədr müavini qeyd edib ki, yenilənmiş 100 rublla müqayisədə 1000 və 5000 rublluq əskinaslarda daha çox təhlükəsizlik elementləri olacaq: “Bu, ümumi prinsipdir – nominal nə qədər yüksək olsa, qoruyucu kompleks bir o qədər mürəkkəbdir”.

Belov qeyd edib ki, “ekspert qrupu tərəfindən seçilmiş əsas simvollar əskinaslarda öz əksini tapıb”. “Onu da deyə bilərəm ki, 1000 və 5000 rublluq əskinaslar öz rəng palitrasını saxlayacaq”, – o əlavə edib.

Mart ayında Belov bildirmişdi ki, Mərkəzi Bank 2023-cü ilin yayında 1000 və 5000 rubl dəyərində modernləşdirilmiş əskinasları təqdim etməyi planlaşdırır.

Modernləşdirilmiş 500 rubl əskinaslar 2024-cü ildə, 10 və 50 rubl nominalında olan əskinaslar isə 2025-ci ildə dövriyyəyə buraxılmalıdır.