Yaponiya avtomobil istehsalçısı “Nissan Motor Co.” 527 min 491 ədəd “X-Trail” avtomobilini və “Serena” mikroavtobusunu, həmçinin “Suzuki Motor Corp.”ya tədarük etdiyi “Landy” mikroavtobuslarını geri çağırır.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, “Nissan” avtomobillərindəki nasazlıq elektrik mühərrikləri ilə əlaqədardır.
“Nissan Motor Co.” şirkətinə nasazlıqla bağlı ümumilikdə 3963 şikayət ünvanlanıb.