Serbiyalı fizika alimi Nikola Teslanın 40 min dollar dəyərindəki məktubu hərraca çıxarılıb. Hərrac iyulun 25-də “Heritage Auctions” evində keçiriləcək.

Məktub “Universal Pictures”in həmtəsisçisi Karl Lemmlə ünvanlanıb. Nikola məktubunda kainatda ağıllı və yerdənkənar həyatın olma ehtimalını irəli sürür və qeyd edir: “Mənim ixtiralarım sayəsində artıq minlərlə işıq ili məsafələrə xeyli miqdarda enerji ötürmək mümkündür”.

Hərrac evi eyni kolleksiyada məşhur yazıçıların, rəssamların və musiqiçilərin məktublarını, kitablarını və eskizlərini hərraca çıxarıb. Bunlara Albert Eynşteyn, Rinqo Starr və Oqüst Renuarın məktubları daxildir.