Amerikanın “Nike” şirkəti Rusiya bazarını həmişəlik tərk etdiyini açıqlayıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

May ayında “Nike” Rusiyada olan tərəfdaşlarla yeni müqavilələr bağlamayacağını təsdiqləyib. Hələ mart ayında şirkət Rusiyadakı müştərilərə malların çatdırılmasına zəmanət verə bilməyəcəyini və buna görə də onları Nike.com saytında və “Nike” proqramında alış-verişin “bu bölgədə müvəqqəti olaraq əlçatan olmadığını bildirib.