Dünya birjalarında neft qiymətləri bahalaşır.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,53 dollar artaraq 74,13 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 70,98 dollar olub.