Brent nefti OPEC+ın 2025-ci ildə tələbin proqnozu və qrup xaricindən güclü təkliflə bağlı narahatlıqlara baxmayaraq, hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa başlamağö razılaşdırdıqqdan sonra 80 dollardan da aşağı düşüb.
Brent markalı neftin bir barelinin qiyməti fevral ayından bəri ilk dəfə 80 dollardan aşağı düşüb.
Marja.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü OPEC+ iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
Neft hasilatının azaldılması razılaşması (məhdudiyyətlər) neft qiymətlərini dəstəkləmək məqsədi daşıyır. Əksər bazar müşahidəçiləri OPEC+-ın ixtisarı ilin sonuna qədər uzadacağını gözləyirdilər. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri daxil bir sıra ölkələr hasilat səviyyəsini yüksəltməyə çalışırlar.
Neftin qiyməti son 2 ayda geosiyasi risklər və fiziki tələbin zəifləməsi səbəbindən enmə tendensiyası nümayiş etdirir. Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 4,1% ucuzlaşma ilə 77,76 dollardan ticarət olunub.
Neft qiymətləri son 4 ayın ən aşağı səviyyəsinə düşüb. OPEC+ bu il hasilatı azaltmağa başlayacağına işarə etdikdən sonra “qara qızıl” daha da ucuzlaşıb. Zəif iqtisadi məlumatlar da ləng tələblə bağlı narahatlıqları artırıb.
Neft İxrac Edən Ölkələr Birliyi və Müttəfiqləri (OPEC+) həftəsonu keçirilən iclasda ilin sonuna qədər hasilatın gündəlik 3,6 milyon barrel azaldılması barədə qərar qəbul edib. Lakin kartel 2024-cü ilin sentyabr ayının sonundan 2025-ci ilin oktyabrına qədər ixtisardan 2,2 milyon barel/gün hissəni mərhələli ləğv etməyə başlayacaq.
Bu, bazarlar üçün “ayı siqnalı” kimi qəbul edilib, xüsusən də, tələb gələn il üçün OPEC+ proqnozu kimi reallaşmasa. Həmçinin real vəziyyət, kartelin neft qiymətlərini dəstəkləmək üçün məhdud imkanlara malik olduğunu göstərdirş
“Bazar neft hasilatının azaldılması həcminin ilin sonuna qədər yerində qalacağını gözləyirdi. Lakin 2024-cü ilin sentyabr ayının sonundan məhdudiyyətlər yumşaldılacaq. Bu, Brent markalı xam neftin ucuzlaşmasına səbəb oldu. İnvestorlar qeyri-müəyyən iqtisadi fonda artan təklifi də qiymətləndirirlər” analitiklər bildirirlər.