2022-ci ildə Naxçıvan MR-da 207,787 milyon manat nağdsız ödəniş həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 74,5 % çoxdur.
Nağdsız ödənişlərin 51,97 milyon manatı POS-terminallar vasitəsilə, 155,817 milyon manatı isə internet və digər ödəniş vasitələri ilə reallaşdırılıb.