Rusiya hökuməti sentyabr-oktyabr aylarında benzinin ixracına qadağa qoyub.

Trend xəbər verir ki, bu barədə ölkənin energetika nazirinin müavinin Pavel Sorokin Dövlət Dumasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu addım həmin aylarda yarana biləcək istənilən problemlərdən yan keçmək məqsədilə atılıb.

“Avqust ayında da ixraca qadağa qaldırılmayacaq. Yəni avqustda benzinin ixracına qadağa olacaq. Bu prinsipial qərar sentyabr-oktyabr ayları üçün də qəbul edilib. Sığortalanmaq üçün ixrac məhdudlaşdırılacaq”, – deyə o, xəbərdarlıq edib.