“Morgan Stanley” kriptoanalitika şöbəsini yaradacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bloomberg”in verdiyi məlumata görə, investisiya bankı rəqəmsal aktivlərin analizini aparmaq və onların kapital və sabit gəlir bazarlarına necə təsir etdiyini öyrənmək üçün yeni bir şöbə quracaq.

“Morgan Stanley” kriptovalyutaları öyrənmək üçün kriptoassetlərin qəbul edilməsinə işarə etdiyini qeyd edib.

“Bizim əsas məqsədimiz kriptovalyutalar sahəsində xüsusi araşdırmaların başlanması, qlobal bazarlarda rəqəmsal aktivlərin artan əhəmiyyətinin tanınmasıdır”, – deyə investisiya bankı qeyd edib.

Xatırladaq ki, iyun ayında “Morgan Stanley”, “New York Digital Investment Group” (NYDIG) və “FS Investments”in rəqəmsal aktivlərin idarə edilməsi şirkətləri ilə birlikdə müştəriləri üçün bitkoin fondu yaradacağı məlum olub.