Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqi üzrə proqnozu “sabit”dən “müsbət”ə dəyişdirərək, korporativ reytinqini “Ba1”, defolt mümkünlüyü reytinqini (PDR) “Ba1-PD” və əsas kredit qiymətləndirməsini (BCA) “ba2” səviyyəsində təsdiqləyib.

“Report” bu barədə “Moody’s” agentliyinə istinadən xəbər verir.