ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət rüsumları ölkənin artan borc yükü və daha yüksək faiz dərəcələri ilə mübarizə aparmaq qabiliyyətinə mane ola bilər.
“Report” “İnterfaksa” istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla “Moody’s” beynəlxalq reytinq agentliyi çıxış edib.
Eyni zamanda, agentliyin analitikləri ABŞ-nin böyük iqtisadi dayanıqlılığını, dolların və dövlət istiqrazları bazarının dünya maliyyə sisteminin əsas sütunları olduğunu qeyd ediblər. Lakin onların fikrincə, Tramp administrasiyasının siyasəti, o cümlədən irimiqyaslı rüsumlar və vergilərin azaldılması planları dövlət gəlirlərinə faydadan çox zərər verə bilər.
“Əslində, fiskal zəiflik hətta iqtisadi və maliyyə ssenarilərinin əlverişli olacağı halda belə davam edəcək”, – “Moody’s” hesab edir.
Hətta ən müsbət iqtisadi və maliyyə ssenarilərində ABŞ-nin fiskal dayanıqlılığının pisləşməsinin onun böyük iqtisadi gücü ilə tam kompensasiya edilə bilməməsi riskinin artdığı vurğulanır.
Ötən il sentyabrın 30-da başa çatmış maliyyə ilində ABŞ-nin büdcə kəsiri 1,8 trilyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 8 % çoxdur.