Misir hakimiyyəti Mərkəzi Bankın uçot dərəcəsini artırması və milli valyutanın sərbəst məzənnəsinin tətbiqi ilə əlaqədar martın 22-dən benzin və dizel yanacağının qiymətlərini artırmaq qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə “Əs-Shorouk” portalı məlumat yayıb.
Qeyd olunub ki, Aİ-80, Aİ-92 və Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 Misir funtu artaraq, müvafiq olaraq 11, 12,5 və 13,5 funt təşkil edib.
Bir litr dizel yanacağı 1,75 funt bahalaşaraq 10 funta, qaz balonunun qiyməti isə 75 funtdan 100 funta qalxıb.