CNN-in məlumatına görə, Amerikanın Microsoft korporasiyası öz müştərilərinə Outlook elektron poçt proqramına haker hücumu barədə məlumat verib.

Bildirişdə bildirilir ki, hakerlər 2022-ci ilin aprel-dekabr ayları arasında Microsoft-un e-poçt proqramında əvvəllər məlum olmayan boşluqdan istifadə ediblər.

Microsoft hücumu Qərbdə Rusiya kəşfiyyatı ilə əlaqəli olan APT28 (Fancy Bear/Strontium) haker qrupunun həyata keçirdiyini iddia edir.

Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirmişdi ki, ötən il Rusiya görünməmiş xarici kiberhücumlara məruz qalıb və onların əksəriyyəti ABŞ ərazisindən həyata keçirilib.

“Rusiyanı hakerlikdə ittiham etmək bütün dünyada sevimli hobbidir”, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirib. Rusiya hakimiyyəti dəfələrlə kiberhücumlarda və haker fəaliyyətlərində iştirakını inkar edib, hakerlərə qarşı mübarizədə əməkdaşlığa və kibertəhlükəsizlik üzrə dialoqa hazır olduqlarını bildiriblər.