Texnologiya dünyasının nəhəng şirkətlərindən biri olan “Microsoft” son bir neçə dəqiqə ərzində ciddi problemlə üzləşib.

Trend-in məlumatına görə, bir çox “Microsoft” xidmətlərinə daxil olmaqda problemlər yaşanır.

“Downdetector” ilə bağlı rəylərə görə, “Microsoft 365”, “Outlook”, “Skype”, “Teams Store”, “Xbox Live”, “Azure” və “Minecraft” daxil olmaqla bir çox xidmətlər aktiv deyil.

Bəzi istifadəçilər “Microsoft” xidmətlərinə yenidən giriş əldə etdiklərini bildirsələr də, bəzi istifadəçilər üçün giriş problemləri davam edir.