Meta şirkəti yalan xəbərləri aşkar edən “CrowdTangle” proqramının fəaliyyətini avqustun 14-dən etibarən dayandıracaq.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, “CrowdTangle” proqramı feysbuk və instaqramda yalan xəbərləri, dezinformasiyanı, zorakılığın təbliğini vaxtında aşkara çıxarmağa imkan verir. Proqramdan ən çox jurnalistlər və tədqiqatçılar istifadə edirlər.
Şirkət yeni proqram tətbiq edəcəyini bildirsə də, onun işə salınacağı vaxtı və funksionallığı barədə məlumat verməyib.