“Mars” şirkəti “Pringles” brendinin sahibi “Kellanova”nı almaq imkanlarını araşdırır. Bu barədə bazar günü mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Müqavilə 2024-cü ildə istehlak sektorunda ən böyüklərdən biri ola bilər. Onun dəyəri 27 milyard dollar dəyərində qiymətləndirilir. Agentlik danışıqların davam etdiyini və yekun qərarların hələ verilmədiyini qeyd edib

Eyniadlı şokolad çubuqları, eləcə də digər qənnadı məmulatları (“Bounty”, “Milky Way”, “Twix”, “Snickers”, M&M’s, “Skittles”) ilə yanaşı, “Mars” həmçinin “Orbit” və “Wrigley’s” saqqız brendlərinə sahibdir.