Macarıstanın milli iqtisadiyyat naziri Márton Nad və Ticarət və Sənaye Palatasının (MKIK) rəhbəri Laszlo Parraq aparılan məsləhətləşmələrdən sonra “kiçik və orta sahibkarlıq” konsepsiyasının parametrlərinə yenidən baxılması barədə razılığa gəliblər. Onlar bu məsələni Avropa İttifaqı səviyyəsində müzakirəyə təqdim etmək niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, həmsöhbətlər Avropa İttifaqında kiçik və orta sahibkarlıq anlayışının yenilənməsinin rəqabət qabiliyyətini artıra biləcəyi barədə ortaq fikrə gəliblər.

Nazirlik 2005-ci ildən qüvvədə olan sənədə yenidən baxılmasını təklif edib. Belə ki, onların təklifinə görə, kiçik və orta müəssisələr üçün işçilərin maksimum sayı 250-dən 500-ə yüksəldilməli, illik gəlir həddi isə 5 milyon avrodan 10 milyon avroya qədər artırılmalıdır.

Milli İqtisadiyyat Nazirliyindən bildirilib ki, rəqabət qabiliyyətinin artırılması ilin ikinci yarısında Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyinin prioritet istiqamətlərindən olacaq.

Nazirlik əlavə edib ki, sənəddəki dəyişiklik dəstək üçün uyğun olan Macarıstan müəssisələrinin dairəsini genişləndirə bilər.