Mərkəzi Bank (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə növbəti valyuta hərracı keçirib.
Trend-in Mərkəzi Banka istinadən məlumatına görə, hərracda banklar tərəfindən sifariş təqdim edilməyib.
Xatırladaq ki, əvvəlki hərrac zamanı (19 yanvar 2023-cü il) tələbat 1,5 milyon dollar təşkil edib və tam qarşılanıb.
Hərracın nəticələrinə əsasən, orta çəkili məzənnə 1,7 AZN/1 USD manat təşkil edib.
Qeyd edək ki, AMB valyutanın rəqabət şəraitində birtərəfli satışı yolu ilə valyuta hərraclarının keçirilməsinə 2017-ci il yanvarın ortalarından başlayıb. Hərraclar valyutanın rəqabət şəraitində birtərəfli satışı formasında keçirilir.