Sentyabrın 26-da Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 61,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.