“LinkedIn” iş axtaranlara öz CV-lərini və profillərini, işə götürənlərə isə vakansiyaların təsvirlərini yazmaqda kömək etmək üçün süni intellektlə işləyən həllər təqdim edib.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Birinci funksiya GPT-4 modelində, ikincisi isə GPT-3.5-də işləyir, lakin hələlik onlar yalnız premium istifadəçilər üçün əlçatandır.

“Bizim alətimiz “Haqqında” və “Başlıq” bölmələrində ən vacib bacarıq və təcrübələri müəyyən edir və profilinizi təkmilləşdirməyə imkan verir”, – şirkət bildirib.

İş öhdəlikləri oxşar şəkildə işləyəcək: işə götürən əsas məlumatları, o cümlədən vəzifənin və şirkətin adını qeyd edir,  alət isə avtomatik olaraq vakansiyalar yaradır.

Bütün müsbət cəhətlərə baxmayaraq, “TechCrunch” qeyd edir ki, süni intellekt namizəd haqqında yanlış təsəvvürün yaranmasına səbəb ola bilər.