Çinin FAW şirkətinin Hongqi avtomobillərinin Moskva vilayətindəki keçmiş Mercedes-Benz zavodunda yığılması planlaşdırılır.

Marja xəbər verir ki, iddialara görə, zavodun konveyerində ilk olaraq krossoverlər quraşdırılacaq. Hongqi HS5 modeli artıq 2022-ci ilin sonunda Rusiyada sertifikatlaşdırılıb. Hongqi HS5 modeli 224 at gücünə malik 2 litrlik turbo mühərriklə və və 6 pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilən kompakt yolsuzluq avtomobilidir.

Bundan əlavə, dəbdəbəli Hongqi H9 sedanı da Rusiyada patentləşdirilib. O, həm 252 at gücünə malik 2 litrlik turbo mühərriklə, həm də 283 at gücünə malik 3 litrlik 6 silindrli mühərriklə təchiz oluna bilər.  Sedan 7 pilləli sürətlər qutusuna malikdir.

Martın 21-də məlum olub ki, “Mercedes-Benz”in Rusiyadakı aktivlərini alan “Avtodom” şirkəti Almaniya konserninin Moskva yaxınlığındakı keçmiş zavodunda premium Çin avtomobilləri istehsal etməyi planlaşdırır.

Fevralın sonuna Çin avtomobil markaları Rusiya bazarının 36%-ni tutub. Bir il əvvəl onların payı 10%-dən çox deyildi.