2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1330 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 187 obyekt azdır.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

Məlumata görə, keçən ilin ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 139 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin dekabr ayı ilə müqayisədə 53 obyekt azdır.

Qeyd edək ki, keçən il Türkiyədə əmlak satışları 2021-ci ilə nəzərən 0,4 faiz azalaraq 1 milyon 486 min 622 olub.

2022-ci ildə xarici vətəndaşlara satılan əmlakların sayı 2021-ci illə müqayisədə 15,1 faiz artaraq 67 min 490 olub.