Macarıstan paytaxtının sakinlərinin təxminən 90 faizi karşerinq xidməti kimi anlayışdan xəbərdardır, Budapeştdə əhalinin yarısından bir qədər az hissəsi isə azı bir dəfə karşerinq avtomobilinə minib. Belə istifadəçilərin təxminən 62 faizi qadınlardır.

AZƏRTAC xəbər verir ki, paytaxtla yanaşı, Budapeşt aqlomerasiyasının Budakesi, Budakalas, Budaorş, Çomor, Dunakesi, Fot, Erd, Nagkovaci, Şoymar, Urom, Torokbalint kimi bir sıra ətraf yaşayış məntəqələrində keçirilən ictimai rəy sorğusu xidmətlə tanış olan insanların xeyli hissəsinin bu fürsətdən razı olduğunu göstərib. Onlar bilirlər ki, karşerinq avtomobilinin kirayəsinin qiymətinə yanacaq və ya yanacaqdoldurma, eləcə də avtomobilin saxlanması və təmizlənməsi xərcləri daxildir. Eyni zamanda, onların az bir hissəsi bilir ki, karşerinq xidmətindən istifadə zamanı dayanacaq üçün ayrılmış zonada dayanacaq xərcləri, daha uzun məsafələrə gediş haqqı və avtomobil sahibliyi üzrə vergi yükü istifadəçinin üzərinə düşmür.

Bu xidmətə müraciət edən müştərilərin əsas tələbləri nəqliyyat vasitəsinin təhlükəsizliyi və etibarlılığı, avtomobillərin təmizliyi, həmçinin karşerinq xidmətindən istifadə zonasının ölçüləridir.