Kanadada fevralda inflyasiya illik ifadədə 5,9%-dən 5,2%-ə düşüb.

Trend xəbər verir ki, bu barədə Kanada Statistika Bürosu məlumat yayıb.

Fevral ayının nəticələrinə görə, ölkədə 2022-ci ilin dekabr ayı ilə müqayisədə benzinin qiymətində 4,7% ucuzlaşma qeydə alınıb.

Eyni zamanda, Kanadada ərzaq qiymətləri artmaqda davam edir: dekabrda illik artım 10,6% təşkil edib. Ardıcıl yeddi ay ərzində ərzaq məhsullarının qiymətlərində ikirəqəmli artım qeydə alınıb.