2021-ci ilin iyun ayında Azərbaycanın bank sektorunun kredit qoyuluşları 165 milyon 500 min manat artaraq 14 milyard 856 milyon 900 min manata çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyunda biznes kreditləri 48 milyon manat artaraq manata 8 milyard 729 min manata, istehlak kreditləri 92.6 milyon manat artaraq 3 milyard 939 milyon 900 min manata, ipoteka kreditləri isə 24.9 milyon manat artaraq 2 milyard 146 milyon manata çatıb.