Cari ildə İtaliyada mənzil kirayəsi üzrə qiymətlər ötən illə müqayisədə 7 faiz artıb.

AZƏRTAC xəbər verir ki, ölkənin əsas daşınmaz əmlak platformalarından olan “Immobiliare.it”in məlumatına görə, hazırda ölkə üzrə bir ailə 3 otaqlı mənzil üçün ildə orta hesabla 10 min 524 avro, ayda isə 877 avro ödəməlidir.

Kirayə haqqının illik artım tempinin ölkə üzrə 7,7 faiz, böyük şəhərlərdə isə bu nisbətin daha yüksək olduğu bildirilir. İtaliyada ən yüksək kirayə haqqının ölkənin şimal-qərbində olduğu qeyd edilib.

Mütəxəssislər elektrik enerjisi və təbii qaz ödənişlərindəki artımlar fonunda bir mənzil üçün illik 13 min 300 avrodan çox büdcə ayrılmasının lazım olduğu bildirirlər.