İstanbul Beynəlxalq Hava Limanı dünyada elektrik enerjisinə olan ehtiyacını tamamilə günəş enerjisi hesabına qarşılayacaq ilk aeroport olacaq.
AZƏRTAC hava limanının operatoru İGA-ya istinadla xəbər verir ki, bu aeroportun istismarı üçün lazım olan bütün enerji Eskişehir vilayətində tikilən günəş elektrik stansiyasında (GES) istehsal olunacaq.
Eskişehirdə yeni günəş elektrik stansiyasının gücü 199,32 MVt, məhsuldarlığı isə ildə 340 milyon kilovat/saata çatacaq. Dəyəri 212 milyon avro olan günəş elektrik stansiyasının istismara verilməsi bu ilin sonuna planlaşdırılır.
İGA qeyd edib ki, günəş enerjisi istehlakına keçid atmosferə emissiyaları minimuma endirəcək və 2050-ci ilə qədər bu rəqəm sıfıra çatacaq.