İspaniya La Liqasının 2024/2025-ci illər mövsümündə ən yüksək maaş alacaq futbolçular məlum olub.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, siyahıya “Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq başçılıq edir. Onun yeni mövsümdə vergidənkənar illik qazancı 37,5 milyon avro olacaq.

İkinci sırada 33,3 milyon avro gəlirlə Kataloniya klubunun polşalı hücumçusu Robert Levandovski yer alıb. İlk “üçlüy”ü isə “Real Madrid”in fransalı yeni transferi Kilian Mbappe tamamlayıb – 31,3 milyon avro.

İlk “onluq”da “Real Madrid”in daha beş futbolçusu var. Bunlar David Alaba, Cud Bellingem, Vinisius Junior, Federiko Valverde və Tibo Kurtuadır.