Wall Street-in ən böyük banklarından biri olan Goldman Sachs-ın baş direktoru David Solomon-un qazancı 2022-ci ildə 30 faiz azalaraq 25 milyon dollar olub.

Marja xəbər verir ki,Nyu-Yorkda yerləşən Goldman Sachs-ın paylaşdığı məlumatlara görə,Baş direktoru David Solomon-un 2022-ci ildə qazancı bankın səhmlərinin qiyməti və gəlirliliyi aşağı düşdüyü üçün 30 faiz azalaraq 25 milyon dollar olub.

David Solomon-un əsas maaşı 2 milyon dollar, digər ödənişlər (bonuslar) isə 23 milyon dollar olub. O, bonuslarının 16,1 milyon dollarını səhmlər üzrə əldə edilib.

Solomon 2021-ci ildə 35 milyon dollar qazanaraq ABŞ-da ən çox maaş alan bank baş direktorlarından biri olmuşdu.

Bankın mənfəəti 2022-ci ildə 48 faiz azalaraq11,3 milyard dollara düşüb, çünki investisiya bankçılığı və sərvətlərin idarə olunması gəlirləri kəskin şəkildə azalıb. Ötən il şirkətin səhmləri də 10 faiz ucuzlaşıb.

Bu il JPMorgan-ın baş direktoru Ceymi Dimonun (Jamie Dimon) qazancı dəyişməyərək 34,5 milyon dollar olub.